"Ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə hücum və bir nəfərin qətlə yetirilməsi heç bir çərçivəyə sığmır və beynəlxalq hüquqlara, konvensiyalara ziddir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur.
Z.Əsgərov təəssüflə qeyd edib ki, baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir.