"İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir".
"Unikal" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də yazıb.
Səfir İsrail XİN sözçüsü Lior Haiatın Azərbaycanın Tehrandakı səfirliyə edilən silahlı hücumu paylaşıb.
Qeyd edək ki, sözügedən paylaşımda deyilir: "Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib.
Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik".
Ağarza Elçinoğlu
The Embassy of Israel stands in solidarity with the people of Azerbaijan in this difficult hour 🇮🇱🇦🇿🕯️
— George Deek (@GeorgeDeek) January 27, 2023
Press release by @IsraelMFA spokesperson ⬇️ https://t.co/MoCGMfr7Ta