"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Twitter"dəki paylaşımında bildirib.
"Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır", - deyə nazir vurğulayıb.