"Rusiya tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəhbərliyi altında Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqları təşkil etməyə hazır olduğunu təsdiq edir. Bu barədə həm İrəvana, həm də Bakıya məlumat vermişik"

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz hesab edirik ki, yerlərdə vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ dondurulması üçün maneəyə, səbəbə çevrilməməlidir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə işi mümkün qədər tez bərpa etmək lazımdır. O cümlədən sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslar”.

Gültəkin