“Zirə”yə keçəcəyi gözlənilən Donald Gerye artıq Bakıya gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə o “Instagram” hesabında paylaşım edib.

Gerye paylaşımını “Gözəl evim” (“Sweet home”) - deyə şərh edib. 

Xatırladaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki, Geryeni heyətə cəlb etmək istəyirlər. Geryenin son klubu isə “Olimpiakos” (Kipr) olub. 

Qeyd edək ki, Gerye 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci illərdə isə “Neftçi”də oynayıb.