Baş Prokurorluq yeni korrupsiya faktı aşkarlayıb
19:27 12-03-2013
CƏMİYYƏT
Baş Prokurorluq külli miqdarda büdcə vəsaiti mənimsəmiş vəzifəli şəxslər barəsində cinayət işi başlanması barədə məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində 2010-2013-cü illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən çirkab sutəmizləyici qurğuların cari təmirinə qanunsuz olaraq 260.0 min manat məbləğində vəsait rəsmiləşdirilərək silinib, eyni zamanda anbarda 65.0 min manat məbləğində mal-material çatışmazlığı aşkar edilib. Bundan başqa, 2012-ci ilin dekabr ayında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün «Exiles STS» MMC ilə 126.0 min manat dəyərində müqavilə imzalandığı halda, təmir-tikinti işlərinin dəyəri süni olaraq 101.0 min manat artırıldığı, ümumilikdə isə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183.0 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Digər Xəbərlər
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51