İki illik evliliklərinin ardından boşanan aktrisa Merve Boluğur və müğənni Murad Dalkılıçın barışdığı iddia edilib.
"Unikal" xəbər verir ki, buna səbəb isə Dalkılıçın səhər saatlarında Boluğurun evinin yerləşdiyi küçədə görüntülənməsi olub. Belə ki, müənninin orada görünməsi və sürətlə ərazidən uzaqlaşması məhəllə sakinlərinin diqqətini çəkib. Onların barışdığı və buna görə də aktrisanın evində gizli görüşdüyü bildirilib.
Bu iddialardan sonra Murad Dalkılıç sosial şəbəkə hesabında barəsində yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, cütlük 2015-ci ildə ailə həyatı qurublar.