Müğənni Simge Sağın və aktrisa Aybüke Pusatın sosial media hesablarındakı fotoları diqqət çəkib.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, iki məşhur adın fotolarındakı dəyişiklik diqqətdən qaçmayıb.
Belə ki, Mayamiyə tətilə gedən müğənni Simge Sağın mavi çimərlik geyimində poz verib. Onun ayağının uzunluğu izləyicilərin diqqətindən yayınmyıb. Fotoşopdan istifadə edən müğənni gülüş obyektinə çevrilib. Bununla yanaşı, "Instagram" hesabından Aybüke Pusat da qara dərin yarıqlı libasla poza verib. Pusatın qollarının uzunluğu isə hər kəsi şoka salıb.
İki adın fotolarını görən istifadəçilər fotoşopun dozasını qaçırdıqlarını iddia ediblər.