Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan nişanlanıb.
"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb. Belə ki, müğənninin oğlu ilə nişanlısı Ədanın özəl günündə diqqət çəkən məqamlardan biri də “Yaşa Azərbaycan” mahnısı sədalarında rəqs etməsi olub.
Sözügedən görüntülər Türkiyə ilə yanaşı Azərbaycan sosial media seqmentində yayılaraq marağa səbəb olub.