Xalq artisti Nazpəri Dostəliyeva "Söhbət musiqidən gedir" verilişinə qonaq olub.
"Unikal" xəbər verir ki, o, proqramda bəzi açıqlamalar verib. Müğənni bir müddət əvvəl dünyasını dəyişən oğlu Əlinin övladını ancaq video zəng vasitəsiylə gördüyünü açıqlayıb:
"Əkbər oğlumun bir oğlu, bir qızı, mərhum Əlinin isə Tamerlan adlı bir oğul övladı var. O, hazırda Moskvada yaşayır. Onunla yalnız video zəng vasitəsiylə danışa bilirəm. Axırıncı dəfə nəvəm Tamerlanla danışdığım zaman mənə sual verdi. Artıq ona zəng edib, danışa bilmirəm. Dedi ki, atam haradadır? O, bu günə kimi atası Əlinin Bu sözləri ilə məni yenidən məhv etdi. Bunun izahı belə yoxdur. Hətta bundan sonra iki gün xəstəxanaya düşdüm. Bacım da yanımda idi. Özümdən asılı deyil. Onun sualı məni məhv etdi".
Qeyd edək ki, xalq artistinin oğlu martın 22-də ürək tutmasından vəfat edib.