“Popun kralı” adlandırılan Maykl Cekson haqda lentə alınan bioqrafik filmdə baş rolu kimin canlandıracağı bəlli olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, rol mərhum müğənninin 26 yaşlı qardaşı oğlu Caafar Ceksona həvalə olunub.
Qeyd edək ki, filmdə Ceksonun həyatı hərtərəfli nümayiş etdiriləcək.