Bir neçə gün öncə tanınmış repçi Pasterə ərə gedən model-aktrisa Natavan Əfəndiyeva xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, şaurmadan zəhərlənən aktrisa 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. 

N. Əfəndiyeva sosial şəbəkə hesabında "Şaurma.az"ın səhifəsini tağ edərək, "Çox sağ olun ki, məni zəhərlədiniz" - sözlərini yazıb. 

Qeyd edək ki, yanvarın 21-də Pasterlə (Pərviz Quluzadə) ailə həyatı quran Natavan Əfəndiyeva bir neçə aylıq hamilədir.