Türkiyəli aktryor Ahmet Kuralın səhhətində problem yaranıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor osteoid osteoma sümük xərçəngindən əməliyyat olunub. Əməliyyat 5 saat davam edib. Hazırda vəziyyəti yaxşı olan aktyorun müayinələrinin nəticəsi hələlik açıqlanmayıb.
Qeyd edək ki, aktyor sonuncu dəfə "Bir zamanlar Kıbrıs" serialında rol alıb.