Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz sabah baş tutacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək.
"Unikal" xəbər verir ki, toplantıda F. Dönməz Türkiyənin enerji ticarət mərkəzi hədəfində çatdığı son nöqtə ilə bağlı məlumat verəcək.
F. Dönmezin səfəri çərçivəsində Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson da daxil olmaqla bir çox ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. O, həmçinin fevralın 14-də keçiriləcək İstanbul Qaz Zirvəsinə həmkarlarını və sektor nümayəndələrini dəvət etmək niyyətindədir.