Dəmir yolu xəttində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, fevralın 1-i saat 19 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 1981-ci il təvəllüdlü Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.
Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.