Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib.
Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.

xxx

09:40

Sumqayıtda vəkil intihar edib.

"Unikal"ın əldə etdiyi məlumata görəhadisə şəhərin 16-cı məhəlləsində qeydə alınıb. Belə ki, vəkil Vüsal Mirzəyev özünü yaşadığı həyətin qaz borusundan asıb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl V. Mirzəyev ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilirdi.

Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Vüsal Mirzəyevin apellyasiya şikayətinə ötən ilin avqust ayında  Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə ona bəraət verilməsi barədə qərar çıxarmışdı.

45 yaşlı V. Mirzəyev 9 ildir ki, vəkil kimi fəaliyyət göstərirdi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili idi.

Ramil Zeynallı