Avropa Azərbaycana təzyiqlərə başladı
11:53 13-03-2013
CƏMİYYƏT
Hədəfə isə Ermənistan gəlir
Rusiya 2015-ci ilə qədər Gömrük İttifaqını yaratmaqda iddialıdır və bu istiqamətdə artıq konkret addımlar atmaq niyyətindədir. Bu səbəbdən Rusiya prezidenti ilk növbədə bütün gücünü səfərbər edərək Ukraynanı bu ittifaqa cəlb etmək istiqamətində işlər görür. Hətta bununla bağlı bir neçə dəfə Ukrayna prezidenti ilə görüş keçirtməyə cəhd etdi və Avropanın təzyiqi ilə Ukrayna prezidenti bu görüşlərdən yayındı. Amma nəhayət bu görüş baş tutdu və Rusiya açıq şəkildə bəyan etdi ki, ittifaqın yaradılmasında israrlıdır və Ukraynasız ittifaq yaradılmayacaq. Buna görə Ukraynaya bir sıra güzəştlər də təklif edildi. Məsələn, qazın qiymətinin 160 dollar olması kimi ciddi təklifdə verildi. Amma Ukrayna hələ ki, tərəddüd edir. Çünki Rusiya nə qədər aktivlik edirsə Avropada bir o qədər təzyiqlərini artırır. Hazırda isə Ermənistanın Rusiya, Qazaxıstan və Belorusiya tərəfindən yaradılmış Gömrük ittifaqına Qırğızıstan qoşulacağını bəyan edib. Maraqlıdır bəs Avropa bu məsələni necə durdura biləcək? Ekspertlər bildirir ki, əslində Avropaya çox vacibdir ki, bu ittifaqa Azərbaycan, Gürcüstan, Ukrayna qoşulmasın. Həmçinin Avropanın bir hissəsi kimi qəbul edilən Ermənistanında ittifaqdan uzaq olmasına cəhdlər edilir. Elə verilən sonuncu bəyanatda buna bir işarədir. “Ermənistanın bu ittifaqa qoşulması ona avrointeqrasiya prosesində bəzi problemlər yarada bilər”. Bu barədə Böyük Britaniya XİN başçısının müavini Saymon Freyzer bəyan edib.
Onun sözlərinə görə, Ermənistan və Avropa İttifaqı Dərin və hərtərəfli azad ticarət zonası yaratmaq barədə müqavilə, həmçinin Assosiasiya sazişi ətrafında danışıqları davam etdirirlər. «Mən sizin Rusiya ilə dərin münasibətlərinizə hörmət edirəm, lakin hesab edirəm ki, Gömrük ittifaqına qoşulmaq avrointeqrasiya məsələsində bir sıra problemlərə səbəb ola bilər», deyə S.Freyzer bildirib.İni isə keçək Avropanın təzyiq metodlarına. Ekspertlər hesab edir ki, bu gün Avropa əsasən Ukraynaya milyonlarla dollar dəyərində kreditlər ayırır və Ukrayna iqtisadiyyatı bu kreditlərin üzərində qurulub. Sabah Ukrayna ittifaqa qoşularsa sözsüz ki, Avropa bu kreditlərin davamlılığından imtina edəcək və Ukrayna aldıqlarını geri qaytarmaq zorunda qalacaq. Bu isə Ukraynanın faktiki çöküşü deməkdir. Bundan başqa Ukrayna cəmiyyəti də artıq tam olaraq qərbə istiqamətlənib və hakimiyyət bu kursu dəyişərsə əslində öz siyasi karyerasına zərbə vurmuş olacaq. Bundan başqa bu gün Avropa Azərbaycanın enerji təhlükəsizliyində oynadığı roluda nəzərə alasaq və Rusiyanın enerji hədələrinə elə Azərbaycanın enerji resursları ilə cavab verməyə çalışacaq. Bunu da qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, enerji təhlükəsizliyi məsələsində Avropa ilə əməkdaşlığına sadiqdir və heç bir halda Rusiyanın diqtəsi ilə yaradılan ittifaqa qoşulmayacaq. Bu məqamda diqqəti cəlb edən başqa bir nüans isə Ermənistanın durumudur. Ermənistan Azərbaycan və Gürcüstandan fərqli olaraq artıq ittifaqa üzv olduğunu bildirib. Bəs Ermənistana hansı formada təzyiqlər ola bilər? Ekspertlər bildirir ki, Ermənistan bu addımı atmaqla dünyaya göstərəcək ki, o Avropanın yanında yox, Rusiya və İran güclərinin yanındadır. Bu isə Ermənistanın qərb siyasətini alt-üst edəcək. Bundan başqa bu gün erməni lobbisi tam gücü ilə Ermənistanı Rusiyanın təsirindən çıxararaq ABŞ və qərblə müttəfiqliyinə çalışır. Bu olmazsa sözsüz ki, erməni lobbisinin də təsiri kifayət qədər artacaq. Başqa bir məqam isə budur ki, Ermənistan büdcəsinin yarıdan çoxu ABŞ və qərbdən gələn yardımların və kreditlərin hesabına formalaşır. Ermənistan bu iddialarından əl çəkməsə sözsüz ki, bu yardımlarda kəsiləcək. Nəhayət qərb bu günə qədər Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyinə də yenidən baxmalı olacaq. Bu isə həm Ermənistanın xarici siyasətinin tam iflası həm də təcrid duruma düşməsi deməkdir. Məsələn, bu gün Ermənistanla birlikdə ittifaqa qoşulan Belorusiya tam təcrid olunmuş haldadır və əməkdaşlığını yalnız possovet ölkələri ilə qura bilir. Bu isə yetərli deyil və nəticədə günbə-gün Belorusiya Rusiyanın bir əyalətinə çevrilir. Rusiya isə hər zamankı Rusiya deyil ki, bu cür dövlətlərin iqtisadi problemlərini həll edə bilsin. İndinin özündə Rusiya kifayət qədər ciddi iqtisadi krizislərlə üz-üzədir və bunun get-gedə dərinləşəcəyi də gözlənilir. Belə olan halda aydın olur ki, Azərbaycanın hazırda tutduğu mövqe ən layiqli mövqedir və müəyyən zamandan sonra bunun ciddi effektlərini görəcəyik.
Digər Xəbərlər
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28
2024-11-22 12:51:54