Bakıda taksi sürücüsü həbs edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, 27 yanvar 2023-cü il tarixdə sərnişin Dilarə Quliyeva (ad və soyadlar şərtidir) Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng vuraraq taksi sürücüsü Nəcməddin Həsənovun onu maşında övladlarının yanında, taksidən düşdükdən sonra isə küçədə insanların yanında təhqir etdiyini bildirib.
Sərnişinin şikayətindən sonra məsələ ilə bağlı araşdırmalara başlanılıb. Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində fevral ayının 4-də taksi sürücüsü saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub, məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü N.Həsənov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Murad İbrahimli