Azərbaycanlıların köç etməsinin effekti


Ermənistan bundan qorxmalı, Azərbaycan bundan bəhrələnməlidir

Son zamanlar possovet ölkələrindən Avropaya və ABŞ-a ciddi axının olmasi ilə bağlı həyacanlı xəbərlər yayılmaqdadır. Bu xəbər bəzi dövlətlər üçün səmərəli bəzi dövlətlər üçün isə sadəcə olaraq faciədir. Məsələn, əhalisinin sayı 300 minə çatmayan Ermənistandan 300 min ailə köçüb gedib. Və bu Ermənistanın faktiki boşalmasıdır. Hətta buna görə Ermənistan hakimiyyəti Rusiyaya belə müraciət edərək ermənilərin Rusiya vətəndaşlığı almasını əngəlləməyi xahiş etmişdilər. Çünki Dağlıq Qarabağa iddia edən Ermənistanın özü əhali qıtlığı çəkərsə, onda Dağlıq Qarabağ onun nəyinə lazım olacaq? Bunu nəzərə alan Ermənistan Suriya ermənilərini belə öz ərazisində yerləşdirməklə əhalisinin sayını artırmağa çalışır ki, buda effekt vermir. Və yaxud bu gün Rusiya, Almaniya kimi ölkələrdə belə problemlər yaşamaqdadır. Çünki əhalilərinin sayı sürətlə azalır və onların yerini miqrantlar tutur. Bu gün Almaniyanın az qala 30 faizi türkləşib və Almaniya höküməti bunun şokunu yaşamaqda, almanların ölkədən köçməməsi üçün əllərindən gələni edirlər. Maraqlıdır, bəs Azərbaycan üçün köç məsələsi necə, problem yaradır ya yox? Bundan öncə gəlin Türkiyəyə son illər olan köçlərin sayına baxaq və sonra əsas suala cavb tapaq. Türkiyənin daxili işlər naziri Müammər Gülər 10 il ərzində 124647 əcnəbiyə Türkiyə vətəndaşlığı verildiyini söyləyib. Bu müddət ərzində Türkiyədən ən çox vətəndaşlıq alan bolqarlar olub – 44050 nəfər. Eyni zamanda 15 min 588 Azərbaycan, 7518 Rusiya, 6723 Şimali Kipr, 6355 Əfqanıstan və 3700 Suriya vətəndaşı Türkiyədə yeni vətəndaşlıq alıb.

Eyni zamanda 2012-ci ildə 39185 əcnəbiyə iş üçün, 52538 əcnəbiyə isə təhsil üçün Türkiyədə məskunlaşma icazəsi verilib. Nazir Müammər Gülər bildirib ki, 2003-2012-ci illərdə ümumən 354 min 16 nəfər Türkiyə vətəndaşlığından çıxıb və ya çıxarılıb.Beləliklə gördüyünüz kimi yalnız Türkiyəyə Azərbaycandan 15 mindən çox vətəndaş köçüb və daimi məskunluq alıb. Bununla yanaşı sözsüz ki, Avropya, ABŞ-a və Rusiyaya da köç edən azərbaycanlı ailələr olub və onların da sayı təxminən bu qədər olar. Bəs bu Azərbaycan üçün nə qədər faciəli haldır? Ekspertlər hesab edir ki, bəlkədə yüz ildən çox olar ki, azərbaycanlılar kənara köç etməyə o qədər də həvəsli olmayıblar və daha çox kompakt yaşamağa çalışıblar. Bu səbəbdən ölkədə əhalinin sayı stabil olub və demək olar ki, boşalma qorxusu yaşanmayıb. Digər tərəfdən 1988-ci ildə 200 mindən çox ailənin qərbi Azərbaycandan köç edərək Azərbaycana gəlməsi də əhali artımını sürətləndirib. Buna görə də hazırda köçlərin olması heç bir fəsad törətmir. Ekspertlər hesab edir ki, əslində bu gün azərbaycanlıların Azərbaycandan kənarda yaşaması həm də Azərbaycanın lobbiçilik maraqlarına cavab verir. Bu gün Azərbaycanın Avropada, ABŞ-da lobbiçilik fəaliyyəti kifayət qədər zəifdir. Çünki bu regionda yaşayan azərbaycanlıların sayı azdır. Amma 20-30 ildən sonra bu gün köçüb gedən ailələr həmin ölkələrin bərabərhüquqlu vətəndaşları olacaqlar və bu da həmin zaman azərbaycanlı lobbilərinin gücünün iki dəfə artması deməkdir. Ekspertlər hesab edir ki, bu səbəbdən baş verənlərə görə narahatçılıq keçirtməyə dəyməz. Amma bununla yanaşı dövlətin ailə planlaşdırılması siyasətinin də olmasının vacibliyi vurğulanır və artıq bu var. Belə ki, prezidentin bu məsələ ilə bağlı xüsusi sərəncamları var və bu sərəncamlar ölkə əhalisinin sayının artmasına bir başa təsir edir. Məsələn, yeni qurulmuş ailələrə güzəştli kreditlərin və ya ipotekanın verilməsi bu təyinatlı bir addımdır. Və yaxud övladlarının sayı çox olan ailələrə xüsusi təminatların verilməsi də buna misal ola bilər. Beləliklə çıxarılan nəticə budur ki, ölkədən kənar ölkələrə köçlərin olmasına sadəcə olaraq normal yanaşmalı və bunun effektli tərəflərini də görmək lazımdır. Bununla paralel olaraq ölkəyə olan axına da xüsusi diqqət ayırmaq lazımdır. Məsələn, bu gün Azərbaycana Gürcüstanda yaşayan azərbaycanlıların köç prosesini görürük. Ekspertlər hesab edir ki, Ermənistan bu gün belə hal olarsa buna sevinməlidirsə, Azərbaycan bunun tam əksi mövqedə olmalı və bu köçün qarşısını almalıdır. Çünki Gürcüstanda, əsasən Borçalıda azərbaycanlıların kompakt yaşamaları həm də Azərbaycanın dövlət maraqlarına cavab verir.