Xəzər dənizinin Siyəzən və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə "Unikal"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Şabran şəhər sakinləri Zaur Şaliyev, Əlvan Əmiraslanov, Dilman Əmiraslanov, Seymur Kazımov, İnqilab Kazımov, Mayıl Aydəmirov, Eldəniz Əmrəliyev, Siyəzən rayon sakinləri Cavid Quliyev, Mahir Əsgərov, Saleh Əsgərov, Fərhad Əliyev, Cəlal Əsgərov, Mahəddin Əkbərov və Sumqayıt şəhər sakini Faiq İbadov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 300 metr uzunluğunda 4 ədəd sintetik tor götürülüb: "Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Üç fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilməsi üçün hazırlanır".