"Mən Nikol Paşinyanın imzaladığı 15 aprel 2022-ci il tarixli sənədi gətirmişəm. Müdafiə Nazirliyindən də verilən məlumata görə, 71 əmlakın satışı üçün imzalanan həmin sənədlər Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə verilib. Burada 71 hərbi hissənin, o cümlədən “Staliç alayı”nın, müxtəlif şəhərlərin hərbi hissələrinin ünvanları var. İndi bu hərbi hissələr satılır?".
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu "Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan Milli Assambleyada jurnalistlərlə söhbətində deyib.
"Bu hərbi hissələr fəaliyyət göstərmir və hətta onların mühafizəsi də Müdafiə Nazirliyi üçün yükdür, ona görə də satışa çıxarılıb”, - deyə deputat bildirib.