Ukraynada yeni daxili işlər naziri və Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.
"Unikal" ukrinform-a istinadən xəbər verir ki, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) yeni rəhbər təyin edilib.
Digər tərəfdən, Ukrayna Ali Rada İqor Klimenkonu daxili işlər naziri vəzifəsinə təyin edib. Bu barədə “Səs” parlament fraksiyasının xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, 321 parlamentari Klimenkonun daxili işlər naziri təyin olunmasını dəstəkləyib.
Xatırladaq ki, yanvarın 18-də Brovarıda helikopter qəzası nəticəsində daxili işlər naziri Denis Monastırskinin ölümündən sonra hökumət İqor Klimenkonu müvəqqəti olaraq təyin edilib.
Qeyd edək ki, Vasili Malyuk 2022-ci ilin iyulundan etibarən indiyə qədər UTX rəhbərinin vəzifəsini icra edib və avqust ayından Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
İqor Klimenko isə 2019-cu ildən Ukrayna milli polisinin rəhbəri və daxili işlər nazirinin müavini olub.
Gülayə Mecid