Türkiyədə baş verən dəhşətli zəlzələdə zərər çəkənlərə hər kəs yardım əlini uzatmağa çalışır. Qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva öz geyim və oyuncaqlarını zəlzələdən əziyyət çəkən uşaqlara bağışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə qazimiz sosial şəbəkə hesabında paylaşım edib:
“Mən deməmişdən yığıb özünün balaca paltarlarını Türkiyədə evsiz-eşiksiz qalan balaca dostlarına. Bu dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir”, - deyə paylaşımda qeyd olunub.