Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
"Unikal" xəbər verir ki, nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan Türkiyəyə yardım göstərib:
"Bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və işimizə görə bizi rahatlaşdırır. İlk gələn ölkə Azərbaycan oldu. Hal-hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirir və eyni zamanda xidmətləri ilə millətimizin qəlbinə böyük bir istilik verir. Çox sağ olun".
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycandan qardaş Türkiyə 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyəti göndərilib.