Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 5 min 434-ə, yaralıların sayı isə 31 min 777-yə yüksəlib.

"Unikal" xəbər verir ki, zəlzələdən ciddi ziyan dəymiş 10 şəhərdə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib. İndiyədək 5775 bina dağılıb. Dünəndən bəri 435 yeraltı təkan olub.

Kahramanmaraşda meydana gələn 7,7 və 7,6 ballıq zəlzələlərdə Kilis, Diyarbəkir, Adana, Osmaniye, Şanlıurfa, Adıyaman, Qaziantep, Malatya və Hatayda iki zəlzələ böyük dağıntılara səbəb olsa da, axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.

 

xxx

20:52

Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı durmadan artır. 

"Unikal" xəbər verir ki, zəlzələdə həyatını itirənlərin sayı 4544-ə yüksəlib. 

Yaralılar isə 26 min 721 nəfərə çatıb. 

19:53

Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı yenidən artıb. 

"Unikal" xəbər verir ki, zəlzələdə həyatını itirənlərin sayı 3 min 703-ə yüksəlib.

Yaralılar isə 22 min 286 nəfər qeyd olunur.