Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası başladılıb.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
“Milli Məclisin deputatları və əməkdaşları Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yardım kampaniyasına qoşulub. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göstərilən humanitar yardıma da qoşulacağıq".
Anar Kəlbiyev