Goranboy Rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
"Unikal"ın məlumatına görə, bununla bağlı icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb. Əmrə əsasən, Məhərrəmov Səbuhi Məzahir oğlu Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Səbuhi Məhərrəmov bu təyinatadək Goranboy rayon Polis şöbəsində Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində işləyib.
Tural Əhmədov