Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən qurulmuş mobil səhra hospitalına baş çəkib.
"Unikal" xəbər verir ki, nazir hospitalda qurulmuş şəraitlə tanış olub, tibb xidməti əməkdaşları ilə söhbət aparıb və Fövqəladə Hallar Nazirliyinin tibb personalına təşəkkür edib.
"Bu, Azərbaycanın bizə verdiyi dəstəyə görə çox qiymətlidir. Həm insanımıza kömək edirsiz, həm də birlikdə çalışırıq. Allah sizdən razı olsun, minnətdaram. Qardaşın qardaşa borcu olmaz", - Süleyman Soylu FHN-in Mobil səhra hospitalına gələrkən bildirib.