Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı qardaş ölkədə zəlzələ nəticəsində zərərçəkmişlərə kömək üçün Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, diplomat tviter hesabında foto paylaşıb və yazıb:
“Azərbaycan xalqı yardım göndərərkən (1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan) “Nuri Paşanı unutmadıq” mesajını göndərdi”.
Azerbaycan halkı yardım gönderirken (1918 yılında Azerbaycan’a gelerek bolşevik işgaline karşı bağımsızlık yolunu açan) “Nuri Paşa’yı unutmadık” mesajı gönderdi.
— Cahit Bağcı (@cahitbagci) February 10, 2023
🇹🇷🤝🇦🇿❤️🌹 pic.twitter.com/uwxC0lKwEp