Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində 18 mindən çox şəxsin həlak olması, 70 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.
"Unikal" xəbər verir ki, bu məqsədlə “Gəncə Körpü Tikinti-2” ASC qardaş ölkə üçün 200 000 TL yardım ayırıb.
“Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələlər hər birimizi hədsiz kədərləndirdi. Bu ağır günlərdə türk xalqının yanındayıq, türk qardaş və bacılarımızın hüznünə ortağıq, zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!”, - şirkətin açıqlamasında deyilir.