Türkiyədən təxliyə edilən azərbaycanlılar Bakı Beynəlxalq Avtovağzalına çatıblar. Onlar arasında Türkiyə vətəndaşları da var.

Qaziantep sakini olan Türkiyə vətəndaşı "Unikal"a açıqlamasında bildirib ki, zəlzələ gecə saatlarında baş verib:

"Zəlzələ saat 04:15-də baş verdi. Sanki, binanı təyyarələrlə vururdular. Sarsıntı belə idi. Zəlzələ 30 saniyə davam etdi. Çox çətin idi", - deyə o bildirib.

Anar Kəlbiyev

Video: Ayxan Məlikov