Türkiyədən təxliyyə edilən Azərbaycan vətəndaşlarını gətirən avtobus bu gün Bakı Beynəlxalq Avtovağzalına çatıb.

Şanlıurfadan təxliyə edilən Ağasəlim Osmanov "Unikal"a bildirib ki, zəlzələ gecə saat 4-də baş verib:

"Dedilər ki, ağır zəlzələ olub, qaçdıq. Yenidən evə qayıdanda sonra zəlzələ pis başladı. Biz yenə çölə qaçdıq. Bir də baxdıq ki, bina uçdu. Bizim yaşadığımız bina dağılıb", - deyə o qeyd edib.

Anar Kəlbiyev

Video: Ayxan Məlikov