"Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyə prosesi davam etdirilir".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, AYNA-nın ehtiyat avtobusları ilə vətəndaşlarımız ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırılır.
"Bu, 7-ci reys idi. İndiyə qədər 310 vətəndaşımız Bakıya çatdırılıb. Hazırda daha bir avtobusumuz yoldadır, onunla 20 nəfər gətirilir. Ehtiyat avtobuslarımız Gürcüstan-Azərbaycan sərhədində vətəndaşlarımızı gözləyir".
Anar Kəlbiyev