Türkiyədəki iki güclü zəlzələdən sonra məşhurlar zəlzələ qurbanları üçün səfərbər olublar.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, AHBAP Dərnəyi ilə zəlzələ bölgəsinə yardım gətirən Haluk Levent məşhur adlardan gələn ianələri paylaşmaqda davam edir.
Fəlakətin ilk günündən etibarən ianələri bir-bir paylaşan Levent, indiyə qədər bu adları açıqlayıb:
"İlk zəng edən Kıvanç Tatlıtuğ 200 min TL, Merih Dəmiral 1 milyon TL, Mert Hakan Yandaş zəng edərək 200 min TL ianə verib. Əfsanəvi futbolçular Hakan Balta və həyat yoldaşı Derya Balta 300 min TL ianə edib. Mustafa Ceceli isə 200 min TL, ondan dərhal sonra isə Emre Kılınç 150 min TL bağışladı, Burak Dəniz 150 min TL, Edis Görgülü 400 min TL, Burak Yılmaz 300 min TL, Aras Bulut İynemli 200 min TL, İrem Derici 150 min TL, Çağlar Söyüncü 50 min TL , Cengiz Ünder 50 min avro, Acun Ilıcalı bölgəyə 100 maşın su göndərir. Bundan əlavə, 5 milyon mal dəstəyi və alacağımız konteynerlərdə mal vəd etdi. Okay Yokuşlu 1 milyon TL, Həsən Can Kaya 250 min TL, İbrahim Büyükak 200 min TL, Nuri Şahin 1 milyon TL, Ozan Tufan və həyat yoldaşı Rojin 800 min TL, Gülben Ergen 150 min TL, Cenk Tosun və həyat yoldaşı 600 min TL, Danla Bilic 250 min TL, Melis Sezen 200 min TL və Sarp Apak 100 min TL, Ziynet 100 min TL, Əmir Ersoy-Gökçe Bahadır 100 min TL, Can Yaman 250 min TL, Sefo 200 min TL, Murat Boz 500 min TL, Ebru Gündeş 500 min TL, Rassan Xoşnəv 400 min TL və Hakan Halukoğlu 1 milyon TL, Mero 400 min TL, Danilo Zanna 500 min TL, Sibel Can 1 milyon TL, Orhan Gencebay 500 min TL, Halit Ergenç-Bergüzar Korel cütlüyü 400 min TL, Zara, Melek Mosso, Ceylan Ertem, Özgür Can Çoban və Müge Sözen 2 milyon TL hədiyyə edilib" deyə qeyd edib.