ABŞ-lı aktrisa Ancelina Coli Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırıb.
"Unikal" xəbər verir ki, Ancelina Coli bu barədə İnstaqram hesabında paylaşım edib.
Belə ki, paylaşımda Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın dronlarla çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.
Xeyriyyə kampaniyasının linkini də izləyiciləri ilə bölüşən məşhur aktrisa, "Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər",- deyə qeydini əlavə edib.