Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda dekabırın 12 -də başlatdığı aksiyanı iki aydır davam etdirir.
"Unikal" xəbər verir ki, aksiya gecəboyu davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Ekofəallar aksiyanın 63-cü günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.
Hazırda havanın tempraturu -8 dərəcədir.