Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda axtarış-xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, KIF Axtarış-Xilasetmə qrupunun üzvlərindən olan aktyor Ogün Kaptanoğlu da zəlzələlədən zərərçəkən ərazilərə gedib.
O, Hatay şəhərində axtarış-xilasetmə qrupları ilə birlikdə insanları dağıntılar altından çıxarılmasında iştirak edir.
Qeyd edək ki, Ogün Kaptanoğlu "Tek Yürek", "Karagül", "Deli Gönül", "Mehmetçik Kutlu Zəfər" kimi bir çox layihədə yer alıb.
Gülayə Mecid