Türkiyədə zəlzələdə zərərçəkənlərə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirliyə Rusiyada yaşayan Bəxtiyar adlı azərbaycanlı iş adamının avtomobil hədiyyə edəcəyi açıqlanmışdı.
"Unikal" xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) "Ümid ilə gəl" proqramında Sərvərin maşınının açarını bu gün təqdim edəcəklərini demişdi. Tolik bildirib ki, S.Bəşirlinin valideynləri ilə görüşdükdən sonra ona avtomobil vermək fikrindən daşınıblar.
Belə ki, ailəsi həmin gəncin evinin olmadığını, maşın üçün ayrılan pulun onun evinin tikintisinə sərf edilməsini istəyiblər. Tolik Sərvərə 10 min manat verərək, ev hazır olduqdan sonra əşyalarına da yardım edəcəyini söyləyib.