Tovuzda qəza olub, 3 nəfər xəsarət alıb

"Unikal"ın məlumatına görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım birqadaları və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov