Hava yenidən soyuyacaq
13:37 13-03-2013
CƏMİYYƏT
Bu günün ikinci yarısından etibarən ölkə ərazisində havanın temperaturu nisbətən düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, bu gün axşamdan etibarən güclü şimal küləyinin əsməsi temperaturun bir qədər düşməsinə səbəb olacaq.
Martın 13-dən 14-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Respublikanın bölgələrində də hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman, mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.
Digər Xəbərlər
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45