Tanınmış aktyor Çağrı Çıtanakın anası Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirib. 

"Unikal" xəbər verir ki, günlərdir anasının tapılması üçün kömək istəyən aktyor aldığı acı xəbəri "Instagram" hesabında paylaşıb. 

 O, "Anamı itirdik. Başımız sağ olsun", - deyə şərh edib. 

 Qeyd edək ki, aktyorun həyat yoldaşı Başak Gümülcinelioğlu da günlərdir dağıntılar altında qalan qayınanasının tapılması üçün yardım istəyirdi.