Prodüser Təranə Səmədova növbəti dəfə həbs olunub.
"Unikal" xəbər verir ki, bununla bağlı prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, bu T. Səmədovanın ilk həbsi deyil. Belə ki, o 2018-ci ildə Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.