"NYPD Blue" serialının aktyoru Ostin Meycers 27 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, ilkin məlumatlara görə, aktyor fentanil dərmanından zəhərlənərək ölüb.

Qeyd edək ki, Ostin "Çarəsiz evdar qadınlar", "Cim dediyi kimi", "Amerikalı ata!", "Təsadüfi Milad" və "Ananızla necə tanış oldum" kimi ekran işlərində rol alıb.