Partiya sədri: “İsa Qəmbər 2003-cü ildə evdən bayıra çıxmadı”

VİP sədri Əli Əliyev Moderator.az saytına açıqlamasında AXCP sədri Əli Kərimlinin Müsavat başqanı İsa Qəmbərdən prezidentliyə daha şanslı namizəd olduğunu bildirib: “Əli Kərimlinin İsa Qəmbərdən daha şanslı olması ilə bağlı deyilənləri bölüşürəm. İsa Qəmbər 2003-cü il olaylarından sonra prezidentliyə namizəd olsa da, evdə gizləndi və bayıra çıxması. Hesab edirəm ki, bu olaydan sonra öz namizədliyini yenidən irəli sürmək ciddi siyasətçiyə yaraşmazdı.

AXCP sədri isə bu günə qədər prezident seçkilərində iştirak etməyib. Bu baxımdan onun İctimai Palatadan öz namizədliyini irəli sürməsi daha məqsədəuyğundur