Fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə böyük dağıntılara səbəb olub. Minlərlə insanın həyatını itirdiyi zəlzələ faciəsində dünyaca məşhur adlar səssiz qala bilməyib.
"Unikal" xəbər verir ki, 54 yaşlı məşhur ulduz Madonna İnstaqram hesabında yazdığı paylaşımda "Ahbap" dərnəyinə ianə etməyə çağırıb.
Madonna paylaşımında "Sevgililər günündə hamı sevgidən danışır. Gəlin bütün sevgimizi, şəfa enerjimizi bu böyük zəlzələdə böyük itki və dağıntılar yaşayan Türkiyə və Suriyaya göndərək. Minlərlə insan öldü. Çox insan həyatını itirdi. Bütün şəhərlər yer üzündən silindi", - qeyd edib.