"Bələdiyyələrin icra aparatlarının şişirdilməsi ilə bağlı məsələ böyük problemdir. Hazırda bunun qanununvericiliklə tənzimlənməsi yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib. Deputat bildirib ki, istənilən bələdiyyə istənilən sayda heç bir məhdudiyyət olmadan bələdiyyə qulluqçusunu işə qəbul edir:
"Burada heç bir nümunəvi struktur yoxdur. Bu məsələni dəfələrlə qaldırmışıq ki, qanunvericiliklə tənzimlənməlidir. Bələdiyyələrin icra aparatının nümunəvi strukturu müəyyən meyarlar əsasında təsdiq olunmalıdır. Əgər həmin struktur qəbul edilsə, bələdiyyələr məcburi şəkildə həmin struktura uyğun işçiləri işə qəbul edəcək. İcra aparatlarının formalaşdırılması bələdiyə sədrinin öhdəsində olana qədər bu məsələdə irəliləyiş görməyəcəyik".
Anar Kəlbiyev