Ötən gün həbs olunan prodüser Təranə Səmədovanın övladları sığınacağa yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə aparıcı Tarix Vəliyevin (Tolik) verilişində məlumat verilib. Bildirilir ki, prodüserin iki azyaşlı qızı dövlət himayəsinə verilib.
Məsələ ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Təranə övladlarına qarşı şiddət göstərirmiş:
"Bir müddət əvvəl Təranə Səmədovanın qonşularından şikayət gəldi ki, o övladlarına şiddət göstərir, azyaşlılar acınacaqlı vəziyyətdə yaşayırlar".
Bununla yanaşı, Tolik proqramda Təranənin 13 yaşlı qızını diləndirdiyini açıqlayıb:
"Təranə elə bir vəziyyətdə olub ki, övladını dilənçiliyə məcbur edib. Hətta 7 aylıq körpəsini onun qucağına verərək, evlərinin önündə diləndirirmiş".