
Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Türkiyə Silahlı Qüvvələrindən APA-ya verilən məlumata görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti təmsil olunur, onlardan 7-si generaldır.
Martın 15-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək. Görüşlərdə qarşılıqlı hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılacaq.