Ramil Usubov kiçik oğlunun rütbəsini artırıb, yüksək vəzifə verdi
14:17 13-03-2013
CƏMİYYƏT
Nazirin oğul təyinatından DİN-in mətbuat xidmətinin də məlumatı yoxdur (?!)
Raul Usubov hansı idarəyə rəhbərlik edəcək?
Daxili işlər naziri Ramil Usubov kiçik oğlu Raul Usubova DİN-də yüksək vəzifə verib.
AzNews.az-ın əldə etdiyi məlumata görə, bundan sonra oğurluq halları və cibgirlik hadisələri Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən deyil, yaradılacaq yeni İdarədə araşdırılacaq. Həmin idarəyə isə Ramil Usubovun kiçik oğlu Raul Usubov rəhbərlik edəcək. Bu yüksək vəzifəni daşımaq üçün nazir oğlunun rütbəsini də artırıb: Raul Usubov polkovnik leytenant olub.
Əməkdaşımız bu məlumatları dəqiqləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Əməkdaşımızın suallarını cavablandıran mətbuat xidmətinin əməkdaşı isə bu barədə məlumatlarının olmadığını bildirərək, məsələylə bağlı dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəyini söyləyib.
Amma bundan sonra təkrar telefon əlaqəsi yaratmaq istəsək də çoxsaylı cəhdlərimiz nəticəsiz qaldı və zənglərimizə cavab verən olmadı.
Məlumatın rəsmi şəkildə təkzib olunmaması bu informasiyanın həqiqət olduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır.
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36