Ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanallarının "Türkiyə tək ürək" adlı ortaq yayımında maraqlı anlar yaşanıb.
"Unikal" xəbər verir ki, canlı yayımda məşhurların telefon zənglərini qəbul etdiyi masalarda gəzən pişiyə müdaxilə olunmayıb. Belə ki, pişik müğənni Sibel Canın fincanından su içib. Pişik daha sonra aktyorlar Feyyaz Şerifoğlu və Cihangir Ceyhanın olduğu masada gəzərək, oradan uzaqlaşıb.